BREJNEV milliyətcə KİM OLUB?
Sizlərə SSRİ dövlət, siyasi, hərbi və partiya xadiminin əsli barədə yayılan məlumatlardan bəzilərini təqdim edirik. Təsdiq olunmuş sənədlərdə, o cümlədən pasportda Sovet dövrünün böyük siyasətçisinin Ukraynanın Kamensk kəndindən olduğu yazılıb. Bunun yanında Brejnev öz əslini danmırdı, ancaq tarixçilərin sözlərinə görə, bəzi hallarda xalqının mədəni ənənələrini lağa qoyurdu. Arxivdə tapılan rəsmi sənədlər onun əslini təsdiqləyir. Məsələn anketlərin birində, hansı ki, 1935-ci ildə özü tərəfindən doldurulmuşdu, “milliyyəti” qrafasının qarşısında “ukraynalı” yazılıb.
Az sonra partiya fəalı bu qrafada “rus” yazır. O zamanlar siyasi xadimlərin milli mənsubiyyəti sərt nəzarətdə idi, görünür məhz bu amil Brejnevin siyasi fikirlərinə təsir göstərib.Bəzi dairələrdə isə digər versiyalar var. Leonid İliçin Moldaviya və Qazaxıstanda rəhbər vəzifələrdə olmasını nəzərə alaraq, uyğun millətlərə aid edilirdi. Stalinin özü Brejnevi moldovan hesab edirdi.
Bəzi tarixçilər isə bu günə kimi iddia edirlər ki, sovet kommunisti ümumiyyətlə yəhudi olub və öz tərcümeyi-halını səylə gizlədib. Ancaq bu nəzəriyyə çılpak faktlar əsasında bazalaşıb, bir dənə olsun belə rəsmi sənədlə təsdiqlənmir.Bəzi versiyalarda isə siyasi xadimin əsli qaraçı, rumın və polşalılarla əlaqələndirilir. Brednevin anası sərbəst şəkildə polşa dilində danışa bilirli, bu da uyğun nəzəriyyənin yayılmasına səbəb olmuşdu. Qeyd edək ki, Brejnevin anası polşa dilində sərbəst danışmasını, polyaklarla yaxın qonşuluqda olmaları ilə əlaqələndirmişdi. Arxiv sənədlərini araşdıranda, Brejnevin şəxsi işində və anketlərdə müəyyən qarışıqlıqlar görünür. Məsələ burasındadır ki, bəzi vacib sənədlər arxivdən itib. Deyilənə görə, onlardan bəziləri saxtalaşdırılıb. Ancaq bütün bunlar artıq keçmişdə qalıb. Milliyyətə gəldikdə isə, tarixçilərin əksəriyyəti Brejnevin Ukrayna əsilli olduğu fikrindədirlər. Ən azı, bu rəsmi sənədlərdə təsdiqlənib.Qeyd edək ki, Sovetlər birliyinin durğunluq illərinin müəllifi kimi yadda qalan Leonid İliç Brejnev düz 18 il SSRİ-nin baş kürsüsündə əyləşib. O, SSRİ-də yeganə dövlət məmuru idi ki, beş dəfə – 1 dəfə Sosialist Əməyi Qəhrəmanı, 4 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Baş Katib siyasi fəaliyyəti dövründə ümumilikdə 200-dən artıq orden və medallarla təltif olunmuşdur.Bu yaxınlarda Rusiyada “ən populyar ölkə lideri kimdir və ya kim olub” sorğusunda Brejnev ikinci yeri tutub. O, yalnız indiki Rusiya prezidenti Putindən geri qalıb.(10 may.) AzerTaym.az