Qızları Mehriban Əliyevanı belə təbrik etdilər – FOTO

Related image

Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezident Mehriban Əliyeva ömrünün 53-cü baharına qədəm qoyur.

Oxu.Az-ın məlumatına görə, Mehriban Əliyevanın qızları sosial şəbəkələrdə analarını təbrik ediblər.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi Instagram səhifəsində Mehriban Əliyevanın nəvəsi ilə çəkilmiş fotosunu paylaşıb. Leyla Əliyeva fotoya “Happy birthday First Lady” (“Ad günün mübarək, Birinci xanım”) şərhini yazıb.

Prezidentin kiçik qızı Arzu Əliyeva isə öz səhifəsində anasının fotosunu paylaşaraq onu təbrik edib.

“Happy birthday, Mehriban Aliyeva” (“Doğum günün mübarək, Mehriban Əliyeva)”, – fotoya şərhdə yazılıb.

 






Fikirlər