Nazir 10 rayonun sakinlərini qəbul etmək üçün GƏNCƏYƏ GEDİR

Image result for ramil usubov

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov qərb regionunda vətəndaşları qəbul edəcək. 

Nazir oktyabr ayının 28-də saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzerTaym.az

 

 






Fikirlər