Ramil Usubov Göyçayda vətəndaşları QƏBUL EDƏCƏK

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov vətəndaşların qəbulunu keçirəcək.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il aprel ayının 29-da saat 10:00-da Göyçay Rayon Polis Şöbəsində Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

AzerTaym.az

 






Fikirlər