RUSİYANI NEÇƏYƏ SATIN ALMAQ OLAR? – “Bu ölkəni kleptokratik quldurlar İDARƏ EDİRSƏ…”

Картинки по запросу купить россию

Rusiya və Qərb dünyasının tədricən yeni soyuq müharibənin astanasına yaxınlaşdığı bir vaxtda, ABŞ-dakı debatların foksu Rusiyanın qarşısının necə alınması ilə bağlı irəliyə sürülmüş bir neçə təklifə doğru yönəlib. Amma bu debatların bir aspekti hərdən əksəriyyətin diqqətindən qaçır. Söhbət həmin istiqamətdə xərclənəcək pulun nə qədər ola biləcəyindən gedir.

Çox təəssüf ki, qabaqlayıcı tədbirlərin maliyyə dəyəri hədsiz yüksək olur. Hərçənd ki, onsuz da 2007-2016-cı illər arasındakı qlobal hərbi xərclər 215 milyard dollar artıb. Amma son ildə ABŞ da daxil olmaqla, bütün NATO ölkələri öz müdafiə məsrəflərini cüzi azaldıblar. Hərbi xərclərin yenidən yüksəldilməsi üçün hər il əlavə milyardlar tələb olunur.

ABŞ bir anlığa dayanmalı və özündən soruşmalıdır: Əgər Rusiyanı dünya hökmranlığına meyllənmiş Stalin və ya Hitler kimi ideologiyaya mübtəla kəsilmiş liderlər yox, öz pullarını Qərb banklarında saxlayan, Qərbdə daşınmaz əmlak alan, uşaqlarını Qərbdəki universitetlərə təhsilə göndərən, xarici pasport daşıyan və hətta xarici ölkələrdə müvəqqəti yaşamağa icazə almış kleptokratik quldurlar idarə edirsə, onda nəyə görə, Qərb öz resurslarını belələrinə qarşı mübarizədə tükəndirməlidir?

Əgər bu adamlar həqiqətən də, dünyada və ya heç olmazsa regionda hökmranlıq etməyə can atsaydılar, onda onlar Rusiyanı bu cür idarə etməzdilər. İndi onlar Rusiya adlı şirkəti özləri üçün maddi çıxar əldə etmək mənbəyi sayırlar və onların idarəetmə metodları da elə məhz buna uyğundur. Əgər belələri öz yolları üzərində əngəl görürlərsə, bu onlarda xoşagəlməz hisslər oyadır.

İqtisadiyyatının böyüdüyü dövrdə (təxminən 2000-ci ildən 2007-ci ilədək) və ya iqtisadiyyatın böhrandan çıxıb sabitləşdiyi dövrdə (2009-cu ildən 2011-ci ilədək) Rusiya özünü tamamilə sivil ölkə kimi təqdim edirdi. Lakin nə vaxt ki, ağır zamanlar başladı (2008-ci il və 2014-2015-ci illər) Rusiya çırkin oyunlara baş vurdu. Sanki, Kreml maliyyə gəlirinin çatışmamazlığını siyasi xarakterli gəlirlə kompensasiya etməyə cəhd göstərir.

Bütün bunların hamısı Rusiya ilə əlaqədar problemin kifayət qədər qeyri-adi qərarla həll olunması fikrinə gətirir. Əgər Rusiya özünü rasional və müasir dövlət kimi deyil, yerli kleptokratların “korporativ” maraqlarına uyğun aparırsa, onda onun davranışlarına dövlət davranışları kimi yox, öz merkantil maraqlarını düşünən şirkətlərarası bir qurum kimi yanaşılmalıdır. Korporativ aləmdə daha kiçik, amma aqressiv müəssisələrə qarşı münasibətdə ən yaxşı addımlardan biri, onun satın alınaraq, daha böyük işgüzar konqlomerata qatılmasıdır.

Beləliklə, maliyyə baxımından Rusiyanın satın alınması üçün nə qədər pul gərəkdir?

962394.x480p

Bu sualı verdikdə, əlbəttə ki, oradakı insanlar, ərazi və təbii sərvətlər nəzərdə tutulmur. Qiymət dedikdə hakim sinfin öz mülkiyyəti hesab etdiyi aktivlərin miqyası nəzərdə tutulur. Cavab çox sadədir: Səhmləri Moskva birjasında satılan bütün Rusiya şirkətlərinin dəyəri 33,6 trilyon rubl (2017-ci ilin 1 avqustunadək) və ya 559 milyard dollardır, yəni təxminən “Alphabet” və ya “Microsoft”un dəyəri qədərdir.

Əlbəttə, heç şübhəsiz ki, bunlardan başqa özəl aktivlər, dövlət unitar şirkətlərindən əldə olunan gəlirlər də mövcuddur. Hətta, əgər biz yuxarıda qeyd etdiyimiz rəqəmləri iki dəfə artırsaq, onda 1,1-1,2 trilyon dollar alınar. Eyni zamanda biz, öz şirkətlərini heç bir şərtlər daxilində satmaq istəməyən “əsl” xarici investorlara (yəni, rusiyalılara məxsus olmayan ofşor şirkətlər) və biznesmenlərə məxsus olan aktivlərin həcmini də mütləq nəzərə almalıyıq. Ona görə də, gəlin elə 1 trilyon dollar məbləğinin üstündə dayanaq.

2008-ci ildə bu aktivlər dollar ekvivalenti ilə, demək olar ki, üçdə iki dəyər itirdi: 19 may 2008-ci ildə rubl güclü olan vaxtda, Rusiyanın publik şirkətlərinin səhm kapitalının ümumi məbləğı 1,52 trilyon dollar təşkil edirdi. Mənfi dinamika çətin ki, Rusiyanın hakim sinfini sevindirmişdi. Onu da əlavə edə bilərik ki, hal-hazırkı anda elita tərəfindən idarə edilən aktivlər onların bazar qiymətlərinin ölçüsüylə 10-12% həcmində müsbət gəlir verir. Bu, ildə təxminən 65-85 milyard dollara bərabərdir.

Hansısa səbəbə görə bu rəqəmlər ölkədən çıxan xalis kapitalın həcminə uyğun gəlir. “Bank Rossii”-nin məlumatına görə, 2008-ci ildən 2016-cı ilədək çıxan kapitalın ümumi həcmi 644,7 milyard təşkil edib. Bu o deməkdir ki, şirkətlərin rəhbərləri Rusiyadan maksimal gəlir götürməyə çalışırlar. Tapın görək, əgər bütün bu adamlara onların mülkiyyəti üçün “ədalətli” qiymət – təxminən 2 trilyon dollar təklif edilsə, nə olar? Belə ki, bu məbləğ onların illik xalis gəlirlərini 30 dəfə üstələyir.

Rusiya siyasət və biznes elitası özünü elə aparır ki, sanki onlar yaxın 30 ildə sabitliyin olmasına artıq qəti ümid bəsləmirlər. Əslində isə, həmin elitanın əksər nümayəndələri özlərini bütün aktivlərini sabah itirəcəklərinə hazırlayırlar. Əgər alıcı həmin aktivlər üçün yaxşı qiymət deyərsə, bu adamlar qiymət məsələsində sərt şəkildə bazarlıq etməyə girişəcəklərmi? Əlbəttə, buna yalnız şübhə ilə yanaşmaq olar.

Ancaq 2 trilyon dollar nə dərəcədə böyük məbləğdir? Bu ABŞ-ın İraqdakı mənasız müharibəyə sərf etdiyi (4,79 trilyon dollar) məbləğin yarısından azdır. Bu ABŞ-ın təxminən iki illik hərbi büdcəsi qədərdir (2017-2018 maliyə ili üçün ABŞ hərbi büdcəsi824,7 milyard təşkil edəcək).

407819_900

Həm də onu yadımıza salaq ki, 2008-ci ildə hökumət iri Amerikan banklarını xilas etmək qərarı verəndə, cəmi iki ay ərzində fedaral ehtiyatların həcmi 1,45 trilyon dollarartmışdı. Görəsən, doğrudanmı bu çox böyük məbləğdir? Bundan əlavə 2 triyon dollar ABŞ federal borcunun cəmi on faizinə bərabərdir. ABŞ-ın başı üzərindən asılımış mövcud böyük təhlükənin aradan qaldırılması baxımdan bu qiyməti çətin ki, yüksək hesab etmək olar.

Sərf olunacaq və sonradan isə unudulacaq bu 2 trilyon dollar haqqında fikirləşməyə belə dəyməz. Rusiyanın alınması Amerika hökumətinin nə vaxtsa etdiyi ən yaxşı investisiya olacaq. İndi Rusiya şirkətlərinin qiyməti ciddi şəkildə aşağı düşürülüb və bu şirkətlər onların Amerikan analoqunun yalnız kiçik bir hissəsi dəyərindədirlər.

Əgər nə vaxtsa Rusiyada daha məsuliyyətli rəhbərlik iş başına gələrsə və daha şəffaf məhkəmə sistemi yaranarsa, başqa sözlə desək, əgər Rusiya günlərin bir günündə “normal” ölkəyə çevrilərsə, onda həmin aktivlərin dəyəri minumum beş dəfə bahalaşar. 2008-ci ildə ABŞ maliyyə nazirliyi 40 miyard dollara “AİG” sığorta şirkətinin səhm zərfinin nəzarətini öz əlinə aldı və 2012-ci ilin sonunda onu sataraq, 23 milyard dollar gəlir qazandı. Amma Rusiya ilə əlaqədar olan məsələdə gəlir daha yüksək ola bilər.

Haqqında söhbət açılan bu möhtəşəm maliyyə əməliyyatından bütün tərəflərin qazanclı çıxmaq ehtimalı çox yüksəkdir. Belə hesab etmək olar ki, bu sövdələşmənin bağlanmasına qədər Rusiyanın bütün təmsilçiləri törədilmiş maliyyə cinayətlərinə görə məhkəmə təqiblərindən immunitet alacaqlar və onların şərti-depozit hesablarında yatan bütün pullar istənilən yoxlamalardan azad oluncaq. Dəyəri 20 milyondan artıq olan aktivləri satan sövdələşmə iştirakçıları Qərb ölkələrinin pasportunu və ya daimi yaşayış üçün icazə alacaqlar.

Beləliklə, Rusiya bürokratiyasının bütün kommersiya işləri sülh və barışıqla bitəcək. Qərbin sövədləşməyə sərf edəcəyi pullar Qərb iqtisadiyyatının daxilində qalacaq və sonradan daşınmaz əmlaka, səhmlərə və müxtəlif ölkələrin aktivlərinə yenidən investisiya ediləcək.

Qərb şirkətləri həm bütün dünya və eləcədə sivilizasiyalı olmaq istəyənlər qarşısında iri həcmli yeni bazarlar, nəhəng resurs ehtiyatları və istedadlar əldə edəcəklər. Şübhə yoxdur ki, daha çox faydanı Rusiya vətəndaşları götürəcəklər, çünki bu sövdələşmə qanun və şəffaflığın Rusiyaya qayıtmasına imkan verəcək.

Rusiyanın problemlərinin əksəriyyəti onunla izah olunur ki, onun rəhbərliyi uzun müddət ərzində varlanmağa can atıb. Hal-hazırda Rusiyanın qarşılaşdığı yeganə çətinlik – bu elitanın qloballaşan dünyada öz var-dövlətini leqallaşdırmaq imkanında ola bilməməsidir. Yalnız elə məhz bu (başqa heç nə) Rusiyanı Qərb dünyasına düşməncə yanaşmağa məcbur edir.

Əgər haqqında söhbət saldığımız bu problemləri həll etmək üçün Qərb təsirli vasitə icad edə bilsə, onda o, həm Rusiyaya, həm də onun xalqına tam güvənə bilər. Yəni mahiyyət etibarıyla bu xalq avropalıdır və bizim indiki narahat dünyamızda özləri üçün xüsusi üstünlük qazanarlar.

Əlbəttə, kimsə deyə bilər ki, bu layihə hədsiz qeyri-realdır, ona görə ki, burada siyasət və biznes birləşməlidir. Sözsüz ki, bu arqumentlə razılaşmaq olar. Lakin buna baxmayaraq, bəlkə irəliyə sürülmüş bu planın reallaşdırılmasına cəhd göstərməyinə dəyər?

Axı, hal-hazırda siyasət və biznes Ağ Evə rəhbərlik edən bir nəfərin timsalında demək olar ki, çox sıx şəkildə birləşib.

(“The American İnterest”-ABŞ)






Fikirlər