Heydər Əliyevin bayraqla bağlı məşhur çıxışı - VİDEO

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Sovet işğalından sonra bayrağımız başqasıyla əvəzlənsə də, müstəqillik əldə etdikdən sonra yenidən üçrəngli bayraq Azərbaycanın dövlət rəmzi elan edilib.
Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.
Mərhum prezident, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyev Azərbaycan bayrağına hər zaman diqqət göstərib, öz çıxışlarında bayrağın müqəddəsliyindən danışıb.
 Onun bayraqla bağlı məşhur çıxışlarından bir neçəsini təqdim edirik:






Fikirlər