Rövnəq Abdullayevin 42 mərtəbəli binası - FOTO

Rövnəq Abdullayevin 42 mərtəbəli binası - FOTOBakının ən hündür binası gələn ilin fevral ayında istifadəyə veriləcək

2010-cu ilin oktyabr ayında prezident İlham Əliyevin təməlini qoyduğu Dövlət Neft Şirkətinin yeni inzibati binası artıq tamamlanmaq üzrədir.

Bu barədə AzVision.az-a binanın tikintisi ilə məşğul olan Türkiyənin “TEKFEN İnşaat və Təchizat" şirkətindən məlumat verilib.

Bildirilib ki, SOCAR Tower adlanan bina 2015-ci ilin fevralında istifadəyə hazır olacaq və dünyanın ən güclü binalardan biri sayılır.

Qeyd edək ki, 200 metr hündürlüyündə olacaq binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək.






Fikirlər