Girovlarımız Yeni ilə kimi azad oluna bilər

Girovlarımız Yeni ilə kimi azad oluna bilərAzərbaycanda saxlanılan erməni ailəsi öz ölkələrinə təhvil verildikdən sonra cəmiyyətdə belə bir fikir formalaşıb ki, Kəlbəcərdə ermənilər tərəfindən girov götürlən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev də girovluqdan azad ediləcəklər.

Milli Məclisin deputatı Zahid Oruc da girovlarımızın azad olunacağını ümidlə yanaşır. O, AzVision.az-açıqlamasında bildirib ki, Azərbaycan hökuməti ermənilərdən girovlarımızın azad edilməsini tələb edəcək:

“Azərbaycan saxta erməni məhkəməsindən əfv diləmir. Onlardan humanizm və bağışlanma unmur. Əksinə onlar bizdən ummaldırlar. Biz əsir və girovların qaytarılması məsələsi ilə bağlı mövqeyimizi dəfələrə nümayiş etdirmişik. Biz hər bir erməniyə düşmən kəsilməkdənsə, sırf işğalçılığı həyata keçirən rejimə qarşı dirəniş göstərmişik. Bu faktı erməni xalqı dəyərləndirməlidir. Əks halda Azərbaycan tərəfinə keçən hər bir şəxs yerindəcə məhv edilməli idi. Amma Azərbaycan dövlətində belə bir qanun və göstəriş yoxdur. Amma müharibə şəraitində bunu məqbul sayırlar”.

Z.Oruc həmçinin qeyd edib ki, girovlarımız Yeni İlə kimi azad oluna bilərlər:

“Əksinə bunu tələb edirik. Düşünürəm ki, Azərbaycanın dövlət başçısı da ötən illərdə olduğu kimi bu dəfə də xüsusi, alternativ və bir çoxlarının düşünmədiyi nizam nöqtələrini işə salmağa davam edəcək. Bununla da ermənilər bizim insanlarımızı geri qaytarmağa sadəcə məhkum olacaqlar”.

Qeyd edək ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq, 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə respublikamıza qanunsuz keçmiş və o zamandan ölkəmizdə saxlanılan Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri – həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna, oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviçi aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında bu ilin dekabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarıb.






Fikirlər