07.08.2014 - Tovuzda Petrosyan ələ keçdi

07.08.2014 - Tovuzda Petrosyan ələ keçdi Bu gün Tovuzda Ermənistan vətəndaşı girov götürülüb.

TTV xəbər verir ki, Azərbaycan tərəfinə keçən Ermənistan vətəndaşının 1965-ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğlu olduğu bildirilir.

Erməni Tovuz rayonunun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu tərəfindən saxlanılıb və aidiyyatı qurumlara təslim edilib.
Ağbulaq kəndinin icra nümayəndəsi Tofiq Hüseynov bildirib ki, saxlanılan erməni mülki vətəndaş olub: "Kənd sakinləri mənə bildirdilər ki, həmin şəxs hərbçi yox, mülki vətəndaş olub. Tutulan erməni kənd sakinlərinə deyib ki, sərhədi keçən zaman 3 nəfər olublar. Sərhəddə mina partlayışı olub və digər iki nəfər ölüb. Yalnız bu sağ qala bilib. Bizim kəndə çatan vaxt isə kənd sakinləri bunu görüb və saxlayıblar”,-deyə, T.Hüseynov əlavə edib.

Qeyd edək ki, bu gün Tovuzun Ağbulaq kəndində Azərbaycan ərazisinə keçən Ermənistan vətəndaşı saxlanılıb. 1965 ci il təvəllüdlü Ermənistan vətəndaşı Petrosyan Arduş Dalen oğlunu tutaraq hüquq-mühafizə orqanların təslim ediblər.

"Daha 2 erməni meşədədir"
"Tovuz rayonu istiqamətində 3 erməni Azərbaycan tərəfə keçib. Onlardan ikisi meşədədir".
Bu sözləri ANS PRESS-ə açıqlamasında Tovuz rayon Mehdi Hümbətov adına Ağbulaq kənd tam orta məktəbinin direktoru Nürəddin Zeynalov deyib. O bildirib ki, saxlanılan erməni 35-40 yaşlarında kişi olub:

"Saat 12 radələrində mənə xəbər elədilər ki, erməni tutmuşuq. Gəldim gördüm ki, bir kişi ağacın dibində oturub. Camaatın ələ keçirdiyi erməni mülki şəxsdir. Əsirin özünün dediyinə görə, Çinarlı kənd sakinidir".

Məktəb direktoru bildirib ki, daha iki nəfər erməni sərhəddi keçib: "Kənd sakinləri onların meşə tərəfdən gəldiyini görüblər. Sonra mina parlayıb. Bilmədik öldülər, ya qaldılar. Yəqin ki, axşama kimi məlum olar".

Qeyd edək ki, ermənini rayonun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu tutub. Tutulan erməni 1965-ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğludur. Onun Tovuz rayon polisinə təslim edildiyi bildirilir.

Fakt ANS-ə Tovuz Rayon Polis bölməsindən təsdiqlənib.






Fikirlər