ABŞ xarici siyasətində İvanka Tramp BÖHRANI...

ABŞ Prezidenti Donald Trampın qızı, Ağ Evdə məmur olan İvanka Trampla Dövlət Departamenti arasında problem yaranıb.

Teleqraf.com CNN-ə istinadla xəbər verir ki, İvanka Tramp bu həftə Hindistanda keçiriləcək tədbirdə iştirak edəcək. Ancaq qəribədir ki, sözügedən tədbirdə ABŞ Dövlət Departamentinin rəhbərliyindən iştirak edən olmayacaq. İvanka ilə yanaşı bu tədbirə Dövlət Departamentinin məsləhətçisi qatılacaq.

Ağ Evdə adının çəkilməsini istəməyən mənbə CNN-ə deyib ki, Dövlət katibi Tillerson və komandası İvanka Trampın önə çıxmasını istəmir. Mənbə qeyd edib ki, Tillerson bir nömrəli diplomat kimi qarşısına prezidentin kürəkəni və indi də qızı İvankanın çıxmasını arzulamır. Bu səbəbdən də Ağ Evdə dövlət vəzifəsi tutan İvanka Tramp və onun həyat yoldaşına Dövlət Departamenti səviyyəsində dəstək verilmir.






Fikirlər