Yaxta, MÜLK almağı yığışdırın, pulları ölkəyə gətirin – PREZİDENT

Hökumət yerli şirkətlərin xaricdəki maliyyə vasitələrini Qazaxıstana qaytarmalıdır.

Axar.az xəbər verir ki, bunu hökumətin iclasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev söyləyib.

“18 yerli şirkətin xaricdə 12,5 milyard dollar pulu var. “Tenqizşevroyl” 4,5 milyard dollar, “KayMunayQaz” 3 milyard dollar, “Beyney Şimkənd” 100 milyon dollarını xaricdə saxlayır. Siz sanksiyalar şəraitində pullarınızı itirəcəksiniz. Pullarınızı Qazaxıstanda saxlayın. Sizə hansı zəmanət lazımdır? Qanunlarmı? Mən bunları edəcəyəm. Bunu siz etməsəniz, biz edəcəyik. Sonra bizdən inciməyin. Yaxta, başqa ölkələrdə evlər almağı dayandırın. Biz hələ heç kimi yoxlamamışıq, işləməyinizə imkan yaratmışıq. Unutmayın ki, bütün sərvətinizi bu ölkə hesabına əldə etmisiniz. Əgər baş nazir bu işlə məşğul olmasa, mən bunu edəcəyəm”, – deyə o bildirib.






Fikirlər