Prezident ümummilli lider Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi

Bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 14 il keçir.

Bu münasibətlə dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək H.Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

Milli Məclisin deputatları, nazirlər, digər rəsmilər və ictimaiyyətin nümayəndələri də Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edib.






Fikirlər