Prezident Heydər Əliyevin məzarını ziyarət etdi

Prezident, dövlət və hökumət nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər

 

 

Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.
 
APA-nın xəbərinə görə, dövlət başçısı məzarın önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səslənib.
 
Sonra prezident İlham Əliyev görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın, eləcə də görkəmli dövlət xadim Əziz Əliyevin və görkəmli alim Tamerlan Əliyevin məzarlarını ziyarət edib. Məzarların önünə əklillər, gül-çiçək dəstələri qoyulub.

 

 

 

 

 






Fikirlər