Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və ailə üzvləri görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsini anıblar - YENİLƏNİB - FOTO

 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, ailə üzvləri və yaxınları oktyabrın 10-da İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə güllər düzülüb.

Müasir ərəb ədəbiyyatının ən ciddi tədqiqatçılarından biri olan Aida İmanquliyevanın adı tarixə ilk müsəlman qadın şərqşünas və ərəbşünas alim, ərəb mühacir ədəbiyyatının tədqiqatçısı, Azərbaycan ərəb ədəbiyyatşünaslığı məktəbinin yaradıcısı kimi düşüb. Uzun illər Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru işləmiş Aida xanım öz istedadı və əməksevərliyi sayəsində keçmiş Sovet İttifaqında müasir ərəb ədəbiyyatı üzrə dəyərli mütəxəssislərdən biri kimi tanınıb. Aida İmanquliyeva özündən sonra zəngin elmi irs qoyub, fundamental tədqiqatları ilə dünya şərqşünaslığını xeyli zənginləşdirib. Professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən alimlərdən biri olub.

Milli.Az






Fikirlər