Ərdoğan və Mey QÜDS məsələsini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarını müzakirə ediblər.
Tərəflər razılığa gəliblər ki, beynəlxalq ictimaiyyət Yaxın Şərqdəki böhranı sülh yolu ilə həll etmək üçün səy göstərməlidir.
Ərdoğan və Mey bölgədə sülh prosesini təhlükə altına alan yeni gərginliyin qarşısının alınmasının vacibliyini vurğulayıblar.






Fikirlər