Putin xeyli kasıbmış: NİVA, Qaz-21... - SƏRVƏTİ açıqlandı

Image result for Putin Niva, Qaz

Rusiya Prezidenti Vladimir Putinin 6 illik gəliri açıqlanıb.

Axar.az xəbər verir ki, Kreml rəhbəri bu zaman kəsiyində təxminən 38.5 milyon rubl qazanıb. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumata görə, Putinin əsas gəliri maaşı və hərbi təqaüdü olub. Belə ki, Putinin fərqli banklarda açılan 13 hesabında təxminən 14 milyon rubl mövcuddur.

Kreml rəhbərinin Sankt-Peterburqda 77 kv/m mənzili və 18 kv/metrlik qarajı, həmçinin, Moskvada 157 kv/m mənzili var.

Dövlət başçısı eyni zamanda 1960 və 1965-ci illər istehsalı olan 2 ədəd QAZ-M21-ə, 2009 istehsalı "Niva"ya və 1987-ci ildə buraxılan katerə sahibdir.






Fikirlər