Azərbaycan İctimai-Siyasi Universiteti təftiş olunur

Azərbaycan İctimai-Siyasi Universiteti təftiş olunurAzərbaycan İctimai-Siyasi Universiteti (AİSU) ilə bağlı araşdırmalar aparılır.Ali məktəbin rektoru Rasim Nəbiyevin fəaliyyətindəki nöqsanlar aşkarlanarsa, məsuliyyətə cəlb oluna bilər.

Bu haqda Tia.az-a verilən məlumata görə, fəaliyyətinə xitam verilən təhsil ocağında qanunsuz tələbə köçürməsi və diplom satışı ilə bağlı təftiş gedir. Təhsil ocağının bağlanmasına səbəb rektor Rasim Nəbiyev barəsində toplanan şok dosyedir. İddialara görə, Nəbiyev keçmiş təhsil naziri Misir Mərdanovun himayəsində olub, bu əlverişli imkandan istifadə edərək təhsil müəssisəsində bazar açıb, rüşvət yığılmasını adi hala çevirib. Mərdanovla sıx münasibətləri olan Nəbiyevin “qara günləri” də məhz sabiq nazir istefa verəndən sonra başlayıb. Yeni nazir Mikayıl Cabbarov universitetdə yoxlamaların həyata keçirilməsinə əmr verib. Bu araşdırmaların nəticəsi kimi AİSU lisenziyasız qalıb.
Məlum olub ki, universitetdə qanunsuz tələbə köçürməsi, saxta diplom satışı, hər semestrdə rüşvət yığımı ilə məşğul olan R.Nəbiyev Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin taleyindən ibrət dərsi götürməyib.






Fikirlər