YENİ NAZİR Səlim Müslümovun əsas ADAMINI İŞDƏN ÇIXARTDI...

Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayev kollektivə təqdim olunduqdan sonra nazirlikdə islahata başlayıb.

Yeni nazirin ilk qərarı ilə Aparat rəhbəri Əjdər Cəbiyev vəzifəsindən kənarlaşdırılıb. Belə ki, artıq Ə.Cəbiyev ərizəsini yazaraq işdən ayrılıb. Yaxın günlərdə onunla bağlı əmrin veriləcəyi də qeyd olunur. Məlumat üçün bildirək ki, Əjdər Cəbiyev sabiq nazir Səlim Müslümovun ən yaxın adamı hesab olunurdu. Nazirliklə bağlı bütün narazılıqlarda onun adı hallanırdı. Görünür, yeni nazir “təmizləmə əməliyyatı”na aparat rəhbərindən başlamaqla ciddi islahatlar həyata keçirəcəyinin anonsunu verib.

 

Nəzərə alaq ki, Nazirliyin bütün strukturlarında Ə.Cəbiyevin qardaşı başda olmaqla, yaxın ətrafı yüksək vəzifələrdə təmsil olunur. Nazir S.Babayevin yaxın vaxtlarda onlarla bağlı da qəti qərar verəcəyi gözlənilir.






Fikirlər

Şərh müəllifi: Ellindurf                 Tarix: 2 iyun 2018 06:21                 [ Cavabla ]
Viagra Prix En Pharmacie Belgique cialis 5mg Glucotrol Buy With Out Normal Dosage Propecia Finasteride

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi