KREMLDƏN YENİ TƏLƏ: Rusiya “Sonuncu kartı”nı İŞƏ SALIR...

Rusiya Azərbaycan və Gürcüstanı “cəzalandırmaq” üçün ermənilərin əli ilə Cənubi Qafqazda vəziyyəti kəskinləşdirməyə başlayıb.

Ermənistanın yeni baş naziri Nikol Paşinyan hökumətin bəzi üzvləri ilə birlikdə Gürcüstana səfərə gəlib. Paşinyan bu səfər çərçivsində gürcü həmkarı Giorgi Kvirikaşvili, prezident Giorgi Marqvelaşvili, parlamentin spikeri İrakli Kobaxidze və Patriarx II İlya ilə görüşəcək.

Bundan başqa, Paşinyanın Ahıska və Cavaxetiyaya – İkinci Dünya Müharibəsinin gedişində Stalinin əmri ilə o bölgədən sürgün olunmuş Ahıska türklərinin torpaqlarına köçürülmüş ermənilərin separatçı fəaliyyətlərinin gücləndiyi ərazilərə də səfəri planlaşdırılıb.

Buradan belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycanın “Cənub qaz dəhlizi” layihəsinin istifadyə verilməsindən cəmi 1 gün sonra, eyni zamanda, strateji TANAP layihəsinin işə salınması ərəfəsində Paşinyan az qala bütün dövlət məmurlarını, hərbçiləri, iş adamlarını özü ilə Gürcüstana gətrirməklə, sanki azərbaycanlılara “Baxın, sizin müttəfiq saydığınız gürcülər düşməniniz olan bizləri necə hərarətlə qarşılayır” mesajını verərək, Türkiyə ilə Azərbaycanda Gürcüstana qarşı etimadsızlıq yaratmağa çalışıb. Bu, tipik erməni fitnəsi olsa da, baş tutan deyil.

Belə görünür, Moskva Cənubi Qafqazdakı əlaltısı olan Ermənistana özünün Gürcüstandakı təsir imkanlarını – söhbət erməni diasporasından və “gürcüləşmiş ermənilər”dən gedir – işə salaraq, azərbaycanlılarla gürcüləri qarşı-qarşıya gətirmək əmrini verib. O baxımdan, ermənilərin bu çərçivədə hər cür alçaqlığa əl ata biləcəklərini nəzərə alsaq, Gürcüstan xüsusi xidmət və hüquq-mühafizə orqanlarının sayıqlığı itirməmələri çox zəruridir.

Azərbaycan və Türkiyə ilə birlikdə Cənubi Qafqazda olduqca mühüm layihələr həyata keçirən Gürcüstan bununla özünü bədxahlarının hədəfinə gətirib. Rusiya isə öz növbəsində Ermənistanı tamamilə nəzarətə götürərək, bütün regional layihələrin gerçəkləşdirilməsinə ciddi maneələr yaratmaqdadır. Təbii, Moskva çox istəyərdi ki, Gürcüstan onun tabeliyində olsun və o zaman Bakı-Tiflis-Ceyhan neft kəməri, TANAP, “Cənub qaz dəhlizi” kimi layihələr, Bakı-Tiflis-Qars dəmir yolu ərsəyə gəlməzdi.

Ancaq Rusiya Gürcüstanın iki regionunu işğal etməklə, Tiflisi təzyiq altında saxlamaq məqsədinə nail ola bilmir. Ona görə də, hazırda Rusiya əlindəki sonuncu “kozır”ı – Avrasiya materikinin enerji arteriyalarının keçdiyi Cavaxetiyada ermənilərin əli ilə separatizmi alovlandırmaq və sabitliyi pozmaq planını işə salıb.

Belə mürəkkəb şəraitdə Azərbaycanın yuxarıda qeyd olunanm layihələri Qərbin dəstəyi olmadan reallaşdırması mümkün olmazdı. Ona görə də, Azərbaycan prezidenti İlham Əliyev “Cənub qaz dəhlizi”nin açılış mərasimindəki nitqində vurğulanan layihələrin həyata keçirilməsində verdikləri dəstəyə görə ABŞ və Böyük Britaniyaya minnətdarlığını bildirib.

Təəccüblü deyil ki, Gürcüstanın işğal altındakı Abxaziya və Cənubi Osetiya regionlarından keçən nəqliyyat dəhlizinin yaradılmasına dair aparılan Gürcüstan-Rusiya danışıqlarını nəticəsiz bitməsindən sonra Moskva Tiflisə növbəti zərbəni vurdu: Suriya Moskvanın diqtəsi ilə separatçı Abxaziya və Cənubi Osetiyanın “müstqilliyini” tanıdığını bəyan etdi.

Rusiyanın növbəti addımı isə Cavaxetiyada vəziyyətin kəskinləşdirilməsi olacaq. Çünki Rusiyanın xüsusi xidmət orqanları həmin bölgədəki erməniləri “hazır” vəziyyətə gətiriblər. Rusiya həmçinin ermənilərin əli ilə Gürcüstan-Türkiyə sərhədində də təxribatlara əl ata bilər. Buna mütləq hazır olmaq lazımdır.

Yenicag.ru






Fikirlər