Efirdə Zaurla NAZPƏRİ arasında GƏRGİN ANLAR - Video

Efirdə Zaurla Nazpəri arasında gərgin anlar - Video

Xalq artisti Nazpəri Dostəliyeva ilə aparıcı Zaur Kamal arasında efirdə qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, canlı yayımda Dostəliyevaya zəng edərək Könül Kərimovanın fəxri ad alamsı haqda fikir soruşublar. Nazpəri isə Zaura canlı yayımda sərt cavab verərək, “Telefonu Könül Kərimovaya görə açdım, bunu bil” sözlərini deyib. Aparıcı müğənninin səsini efirdə kəsərək, telefonu bağlayıb.

Daha sonra isə Zaur Nazpərinin ondan küsmə səbəbini açıqlayıb:

“Bir dəfə mənə zəng etdi ki, məni Samir Cəfərovla birlikdə efirə çağır. Dedim ki, layihənin rəhbəri var, ona deyərəm. Yaddan çıxıb... Heç kimin xahişi ilə heç kimi efirə çağırmırıq. Müğənniləri işıqlandıran televiziyadır, dostluq olmalıdır”.

 

 






Fikirlər