SƏLİM MÜSLÜMOVUN yaxın qohumları İŞDƏN ÇIXARILDI

Səlim Müslümovun yaxın qohumları işdən çıxarıldı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sələfi Səlim Müslümovun nazirlikdə uzun illər kök salmış bır neçə qohumunu işdən çıxarıb.
Bu barədə Mia.az-a nazirlikdən məlumat verilib. Məlumata görə, Sahil Babayevin əmri ilə nazirin müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov artıq vəzifələrindən azad olunublar: "Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb. Onun yerinə isə Elman Cəfərov gətirilib".
Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov isə bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkənidir.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi