Elman Mehdiyevin yeni iş yeri məlum olub - AÇIQLAMA

“Elman Mehdiyevin yeni iş yeri məlum olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sabiq rəhbəri Elman Mehdiyevin yeni iş yeri məlum olub.

 AzerTaym.az "APA"ya istinadən xəbər verir ki, E. Mehdiyev öz xahişi ilə DSMF-nin direktoru vəzifəsində ayrılıb və yeni tədris ilindən artıq Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim kimi çalışacaq.

Qeyd edək ki, E. Mehdiyev DSMF-də çalışdığı müddət ərzində də Akademiyada dərs deyib.

Xatırladaq ki, ötən gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müvafiq əmrinə əsasən, Zakir Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib.

Nazirin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov fondun direktorunun müavinləri vəzifələrinə təyin olunublar.

 

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi