ABŞ-da TRAMPIN ÇİNƏ TİCARƏT SAVAŞINDAN NƏ GÖZLƏYİRLƏR? – “Çinlilər ABŞ şirkətlərini buna məcbur edir…”

7Zr7Bk51

“Çinin ABŞ-a etdiyi ixrac məhsullarının ümumi dəyəri 400 milyard dollardır. Prezident Tramp Çinlə ticarətə qarşı məhdudlaşdırıcı tariflər qoymaq istəyir.Amma Tramp bununla bağlı hansı məqsəd güddüyünü tam dəqiqləşdirməyib. Bəs,Çin hökuməti Trampın düşündüyü tarif siyasətinin həyata keçirilməsinə qarşı hansı tədbirlər görəcək?” Bu fikirlər ABŞ –ın “The Wall Street Journal” nəşrində işıq üzü görən “Tariflərin faydası və ya tariflərdən sui-istifadə?” adlı məqalədə yer alıb.
“AzPolitika.info”nun məlumatına görə, məqalədə daha sonra deyilir:

“Amerikanların mümkün hədəfi ikitərəfli ticarətdə Çini bu sahədə öz üstünlüyünü illik 376 milyard dollaradək azaltmağa məcbur etməyə doğru yönəlib. Prezident Tramp da öz çıxışlarında tez-tez məhz buna işarə vurub.

Əgər ABŞ prezidentinin məqsədi məhz bundan ibarətdirsə, onda bu böyük səhvdir. Çünki Çin mallarının ABŞ-a ixracının azalması,amerikalı istehlakçıları ucuz mallardan məhrum qoyar. Amma bu ABŞ-ın ümumdünya ticarət kəsiri problemini heç cür həll etmir. Belə vəziyyət ona görə meydana gəlir ki,amerikanlar istehsal etdikləri ilə müqayisədə daha çox məhsul istehlak edirlər. Hazırda Amerika demək olar ki, bütün dünyadan məhsul idxal edir.

Əgər Amerikanın bir ölkə ilə apardığı ticarətində profisit varsa, digər ölkə ilə ticarətində kəsiri var. Ümumi olaraq isə ümumdünya ticarət balansı ABŞ-ın xeyrinə deyil. Əgər Birləşmiş Ştatlar ticarət kəsirini bir ölkə ilə azaldarsa,onda onun digər ölkələrlə ticarətindəki xalis kəsiri böyüyəcək. Amma ümumi vəziyət dəyişməz qalacaq. Yalnız amerikalılar öz əmanətlərini artırdıqları təqdirdə, yəni, ABŞ daxili istehsalı dəstəkləmək yoluyla öz ticarət kəsirini düzəldə bilər.

İndiki vəziyyətdə Çin ilə ticarət kəsirinin azaldılmasıdigər ölkələrlə kəsirin böyüməsinə səbəb olacaq.Əgər Pekin ABŞ-dan daha çox mal idxal etməyə razılaşarsa,onda amerikalılar sadəcə olaraq digər ölkələrə daha az mal satacaqlar. Beləliklə, Çinə qarşı tarif baryerləri hədəsi ABŞ-ın ümumdünya ticarət kəsiri problemini heç cür həll etmir.

845d391c-916b-410b-a141-58eddca9b298_930

Tarif baryerləri yalnız çinlilərin Amerikan şirkətlərinin intelektual mülkiyyətini oğurlamaqdan vaz keçəcəkləri təqdirində təqdir oluna bilər. Hazırda Çində fəaliyyət göstərən Amerikan firmalarından öz çinli “tərəfdarları” ilə “əməkdaşlığa”girmək və onlarla texnoloji sirləri bölüşülmələri tələb edlir. Qətiyyən ədalətli olmayan bu cür iqtisadi praktika Amerikan istehsalına güclü ziyan vurur.
Çində biznes aparamaq üçün çinlilərin amerikalılara öz texnoloji tədqiqatlarını onlarla bölüşmək şərtini qoyması açıq formada Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına ziddir. Çinlilər həmin qaydalarla razılaşıb 2001-ci ildə ÜTT-yə giriblər.

Lakin Çin hökuməti iddia edir ki, bu ÜTT qaydalarının pozulması deyil. Çünki guya, Amerikan şirkətləri “könüllü”şəkildə Çini biznes aparmaq üçün seçirlər. Və həm də anlayırlar ki, onlar çinli firmalarla “əməkdaşığa” razılaşmalıdırlar. Ancaq Amerikan şirkətləri bildirirlər ki, bu “qətiyyən könüllü olmur”. Ona görə ki,onların başqa çıxış yolları qalmır. Çünki onlar əhalisi 1 milyard 300 milyon nəfər olan iqtisadiyyata daxil olmağa çalışırlar.
Mart ayında Amerikan hökuməti Çinin həyata keçirdiyi praktikaya son qoymaq tələbiylə ÜTT qarşısında iddia qaldırıb.Amma bu məsələdə Amerikan rəsmi şəxsləri nikbin deyillər. Güman edirlər ki, ABŞ üçün əlverişli ola biləcək qərarın çıxmasına ümid bəsləmək əbəsdir. Onlar ABŞ-ın ÜTT qarşısında qaldırdığı öncəki şikayətlərlə bağlı təcrübəyə əsaslanırlar. İyun ayında bu cür şikayəti Avropa Birliyi də edib.

images

Çinin bu siyasətini dəyişmək üçün ən səmərəli vasitə Pekini tarif hədəsi ilə qorxudaraq, danışıqlar aparmaqdı.
Ümumiyyətlə isə Çinin Amerikan texnologiyasını oğurlaması heç də yeni problem deyil. Hələ 2013-cü ildə o zamankı prezident Barak Obama Kaliforniyada keçirilən ABŞ-Çin sammitində Si Çzinpinə Amerika Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən toplanmış və Amerikan şirkətlərinin serverləinin sındırılması ilə bağlı çoxsaylı faktları təqdim etmişdi.
Həmin sammitdə Amerika və Çin hökumət səviyyəsində kmmersiya məqsədi ilə həyata keçirlən kiberoğurluğun dəstəkələnməməsi barəsində bəyanat vermişdi. Baxmayaraq ki,MTA yenidən sübutlar ortaya qoya bilər, amma çinlilərin bu cür sazişləri yerinə yetirəcəklərini düşünmək çətindir. Çin tərəfinin kiberoğurluq praktikasından imtina etməsi onların tarif məhdudiyyəti olmadan Amerikan bazarlarına buraxılmasının şərtləindən biri ola bilər.
Öz texnologiyasının oğurlanmasının qarşısının alınması istiqamətində ABŞ-ın apardığı siyasət şübhəsiz ki, arzuolunan olmaqla yanaşı, həm də qanunidir. Lakin bu, Vaşinqtonun Çinin yüksək texnologiyalar sferasında ümumdünya liderinə çevrilməsi istiqamətində həyata keçirməyə çalışdığı “Made in China 2025” proqramının reallaşdırılmasına mane olmaq istəməsi siyasəti ilə eyni tutula bilməz.
Əgər ABŞ yüksək texnologiyalara əsaslanan məhsul istehsalında lider mövqelərini saxlamaq istəyirsə, onda öz təhsil sisteminə və təhsil proqramına böyük dəstək verməlidir. Bundan əlavə firmaların tədqiqat aparmalarına yaxşı investisya qoyulmalıır.
Problemlərin həll edilməsi üçün başqa ölkələrlə ticarət müharibəsi aparmaq ABŞ-a kömək etməyəcək”.

 

 
 






Fikirlər