Trampdan Türkiyə ilə bağlı yeni mühüm TVİT
Amerika rahib Bransonun azad olması üçün Ankaraya heç nə ödəməyəcək. AzerTaym.az bildirir ki, publika.az-ın "RİA-Novosti" agentliyinə istinadən məlumatına görə, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib. "Biz günahsız insanın azad olması üçün Ankaraya heç nə ödəməyəcəyik, amma Türkiyəyə xərcləri azaldacağıq", - prezident tvitterdə yazıb. Ağ Evin başçısı həmçinin, Türkiyəni uzun müddət öz maraqları üçün ABŞ-dan istifadə etməkdə ittiham edib.