ABŞ Paşinyana “XİLAS KƏMƏRİ” atır - Ermənistan uğrunda rəqabət qızışır

Siyasi opponentlərin Amerikaya yolu bağlanır: ABŞ-ın İrəvandakı səfirliyi keçmiş rejimin cinayətlərdə suçlanan ünlü şəxslərinin ölkəyə giriş vizalarını ləğv edib - onların arasında Putinin dostu da var; erməni baş nazirin Trampla görüşü isə hələ də sual altındadır...

Ermənistanda 8 may kütlə inqilabı dalğasında hakimiyyətə gələn yeni qüvvələrin xarici siyasət oriyentasiyası ilə bağlı mövqeyi qeyri-müəyyən olaraq qalır. “Qərbin adamı” hesab olunan baş nazir Nikol Paşinyan öz komandasını bütünlüklə Rusiyaya rəğbəti olmayan şəxslərdən qursa da, 4 aydır Ermənistanı ABŞ və Avropanın istəyinə uyğun olaraq, Kremlin təsir arealından zərrəcə uzaqlaşdıra bilməyib.

Əksinə, prezident Vladimir Putinlə hər iki görüşdə Nikol Paşinyan Moskvaya ard-arda sədaqət andları içib, işğalçı ölkənin Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlı Rusiya hərbi blokunda qalacağını bəyan edib. Eyni zamanda daxildə köklü siyasi-demokratik və iqtisadi islahatlarla bağlı ciddi irəliləyiş baş verməyib. Yalnız korrupsiya ilə mübarizə sahəsində müəyyən uğurlar əldə olunub.

Vladimir Putin Paşinyan ile ilgili görsel sonucu

Belə zəif “nəticə” isə Qərbdə Paşinyanın qərbpərəst xarici siyasət kursuna ciddi şübhələr yaradıb. Nəticə etibarilə yeni erməni hökumətinə Qərbin böyük maliyyə dəstəyi hələ də verilməyib. Hərçənd belə görünür ki, Qərb, ABŞ Paşinyan hökumətindən əlini də tam üzməyib. Hər necə olmasa, söhbət Rusiyanın ən güclü hərbi-siyasi dayağının olduğu Ermənistandan və onun uğrunda geosiyasi rəqabətdən, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdan gedir.        

*****  

Maraqlıdır ki, bu arada ABŞ-ın Ermənistandakı səfirliyi Ermənistanın hüquq-mühafizə orqanlarının diqqətində olan şəxslər üçün ölkəyə giriş vizalarını ləğv edib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Joxovurd” qəzeti yazıb. Nəşrin bildirdiyinə görə, söhbət xüsusən də 10 nümayişçinin qətlə yetirildiyi 2008-ci ilin 1 mart hadisələri ilə bağlı aparılan cinayət işi və korrupsiya faktlarının araşdırılmasndan gedir.

1 mart işində isə bilavasitə Rusiyaya bağlı erməni siyasilərinin və generalların adları keçir - bunlar sabiq prezident, az öncə dostu Putindən ad günü təbriki alan Robert Köçəryan, “Rus NATO-su” kimi tanınan KTMT-nin baş katibi, general Yuri Xaçaturov, eks-prezident Serj Sərkisyan, o vaxtkı müdafiə naziri, axtarışa verilmiş Mikayel Arutyunyan  və başqalarıdır.

Ağ ev ile ilgili görsel sonucu

Ayrı sözlə, Putinin müdafiəsinə qalxdığı adamların Paşinyan iqtidarı tərəfindən daha uğurlu təqibi üçün ABŞ faktiki surətdə indiki erməni hökumətinə yardım edir. Bunu erməni xalqına vəd etdiyi köklü islahatların ləngiməsi üzündən ictimai reytinqi yavaş-yavaş enən qərbyönlü Paşinyan üçün Amerikanın “xilas kəməri” də adlandırmaq olar.

Əlavə edək ki, bir sıra şəxslərin giriş vizalarının ləğvi ilə bağlı “Joxovurd” ABŞ-ın İrəvandakı səfirliyinə müraciət edərək, onların siyahısını xahiş edib. Səfirlikdən informasiyanı təkzib etməyiblər. Lakin siyahını da verməkdən imtina ediblər. “ABŞ qanunvericiliyinə görə, viza işləri konfidensial xarakter daşıyır, o səbəbdən biz ayrı-ayrı işlərlə bağlı şərhlər verə bilmərik”, - deyə qəzetə diplomatik nümayəndəlikdən bildirilib.

*****

“Yeni Müsavat” xatırladır ki, Ermənistandakı “məxməri inqilab”dan sonra bır sıra keçmiş məmurlar, o sırada sabiq rəhbərliyə yaxın şəxslər və kriminal elementlər nəinki Ermənistanda, xaricdə də ciddi problemlərlə üzləşiblər. Ancaq hüquq-mühafizə orqanları inqilabdan sonra onlarla məşğul olmağa başlayanda, onların bir çoxu Ermənistanı tərk etməyə çalışıb. Əksəriyyət isə ABŞ-da özünə etibarlı sığınacaq ala bilib.

Ä°lgili resim

Onu da xatırladaq ki, 3 min əməkdaşa və böyük əraziyə malik, məxməri inqilabda əsas rol oynamış İrəvandakı  ABŞ səfirliyi regionda ən böyük diplomatik nümayəndəlik sayılır. Bundan əlavə, işğalçı ölkədə Amerikaya, Qərbə bağlı çoxsaylı QHT-lər, media fəaliyyət göstərir.    

Erməni nəşrinin məlumatı Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfər edəcəyi və orada Robert Köçəryan və Serj Sərkisyanla da görüşəcəyi barədə  xəbərlər fonunda xüsusi diqqət çəkir. Yeri gəlmişkən, Rusiya liderinin Ermənistana qarşıdakı səfəri zamanı Moskva-İrəvan münasibətlərinin perspektivinə xeyli dərəcədə aydınlıq gələcəyi gözlənilir...   

Belə qənaət hasil olur ki, Rusiya və ABŞ arasında işğalçı ölkə uğrunda rəqabət daha sərt fazaya daxil olub. Gələn həftə isə Nikol Paşinyan BMT Baş Məclisinin 73-cü sessiyasında iştirak eləmək üçün ABŞ-a yola düşəcək. Səfər çərçivəsində o, Ağ Ev başçısı Donald Trampla görüşə cidd-cəhdlə nail olmağa çalışacaq.

Lakin erməni qaynaqlarının yazdığına görə, Amerikadakı nüfuzlu erməni lobbisi belə bir görüşün baş tutmasına hələ ki Ağ Evdən zəmanət ala bilməyib. Bu da rəsmi Vaşinqtonun Paşinyan hökumətinin siyasi islahatlarla bağlı vədləri sarıdan narazı olması anlamına gəlir.

Bəs Paşinyan islahatları sürətləndirə biləcəkmi? Sualın cavabını yəqin ki, Putinin İrəvan səfərindən sonra biləcəyik.         






Fikirlər