Fransa prezidenti gəlir - BAKIYA əlidolu, İRƏVANA əliboş

Makron bu həftə Qafqazın müharibə vəziyyətində olan iki ölkəsində olacaq; səfər ərəfəsi Paşinyan hökuməti Rusiyaya reverans elədi, Parisdən təpki gəldi; Bakıda isə Fransa liderinin iştirakı ilə iki ölkə arasında ilk hərbi kontrakt imzalanacaq; Qarabağ da gündəmdə...

Ermənistanda Nikol Paşinyan hökuməti öz hakimiyyətinin daxili siyasi dayaqlarını möhkəmlətmək və uzunömürlü eləmək üçün yollar axtarır. Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ölkədə az qala, ikinci bir inqilabi dalğa başladılıb. Bu dalğanın nə ilə nəticələnəcəyi, yəqin ki, xeyli dərəcədə daxil olduğumuz həftədə bilinəcək.

Bu gün Nikol Paşinyanın inqilab nəticəsində baş nazir seçilməsindən düz 5 ay ötür. Lakin ötən 5 ay daxili siyasət bir yana, İrəvanın xarici siyasət oriyentasiyasında ciddi dəyişikliyə gətirməyib. Maraqlıdır ki, Qərbyönlü Paşinyan hökuməti də sələfləri kimi Rusiyaya və Rusiyayönlü kursa sadiq qalmaqda davam edir. Paşinyan bu siyasətə hətta Qərbin heç də xoşuna gəlməyəcək yeni çalarlar əlavə edib. Söhbət onun Rusiyaya dəstək olaraq, bir qrup erməni hərbçisini Suriyaya yollamaq haqda qərarından gedir.

*****

“Ermənistanın baş naziri Nikol Paşinyan öz siyasi maraqları naminə Ermənistanın qanunvericiliyini tapdalaya bilər”. Bu iddia ilə “168 Jam” qəzeti çıxış edib (axar.az). Qəzet bildirir ki, Paşinyan xüsusilə Suriyaya erməni hərbçilərinin göndərilməsi məsələsində çox tələsir.

“Aydındır ki, bu məsələnin bir sıra təhlükəli tərəfləri var. Belə ki, bu, Qərblə münasibətləri pisləşdirə, islamçı terrorçuların Ermənistan üçün təhdidə çevrilməsinə şərait yarada bilər. Belə görünür, hökumət erməni hərbçilərinin Suriyaya göndərilməsi üçün heç bir hökumətlərarası razılaşmanın imzalanmasını tələb etməyəcək hüquqi imkanlar axtarır. Aydındır ki, hökumət bir yandan Kremllə münasibətləri möhkəmləndirməyə çalışır. Digər tərəfdən isə hələlik Paşinyanın özünün siyasi maraqları üçün Ermənistanın qanunvericiliyini pozmağa hazır olması aydın deyil” - məqalədə deyilir.

Erməni nəşrinin narahatlığı əslində əsaslıdır. Yeni hökumətin sələfi Sərkisyan iqtidarı kimi “iki stul”da oturmaq siyasətini davam etdirməsi Ermənistana ancaq yeni problemlər vəd edir, Qərbin real dəstəyini isə yerli-dibli istisna edir. Çünki Qərb (ABŞ və Avropa Birliyi) xüsusın də indi Rusiyanın yanında olan heç bir dövlətə ciddi dəstək, maliyyə vermir, verməyəcək.

Bu siyasətdən qurtulmağın tək yolu Dağlıq Qarabağ probleminin tezliklə həllidir. Çünki qonşu Azərbaycan və Türkiyə ilə münasibətlər normaallaşandan sonra İrəvan Rusiya ilə Qərb arasında təhlükəli manevrlər etmək zorunda qalmayacaq.

*****

Ä°lgili resim

Yeri gəlmişkən, Ermənistan Rusiyaya xoş gəlmək üçün Suriyaya hərbçilər göndərmək qərarı verdiyi vaxtda Fransadan Moskvanın ünvanına sonuncunun Suriya siyasəti ilə bağlı təpki gəlib. “Yeni Müsavat”ın məlumatına görə, rəsmi Paris az öncə Rusiyanın S-300 raketdən müdafiə sistemlərinin Suriyaya verilməsinə etiraz bildirib, bundan narahat olduğunu bəyan edib.   

“Fransa Rusiyanın havadan müdafiə sistemlərinin Suriya rejiminə verilməsindən narahatdır”, - deyə Fransa xarici siyasət idarəsinin yetkilsi bildirib. XİN rəsmisi qeyd edib ki, regiondakı gərgin vəziyyət fonunda belə sistemlərin ora göndərilməsi “hərbi eskalasiyanın saxlanması riskinə xidmət edir və Suriya böhranının siyasi nizamlanma perspekltivini uzaqlaşdırır”.

*****

Ä°lgili resim

Fransa XİN-in bu bəyanatı əslində həm də Rusiyanın yanında yer alan və onun Suriya siyasətini, Bəşər Əsəd rejimini qoruma siyasətini dəstəkləyən İrəvana qarşıdır. Diqqət çəkicidir ki, Paşinyan hökumətinin Moskvaya xoş gəlmək naminə etdiyi reverans (Suriyaya erməni hərbçiləri göndərmək qərarı) Fransa prezidenti Emmanuel Makronun Azərbaycana və Ermənistana ziyarəti ərəfəsinə təsadüf edir.  

Makron isə bu həftə bölgəyə gələcək. Səfərlə bağlı Fransanın nüfuzlu “La Tribune” qəzeti də yazıb. “Yeni Müsavat”ın məlumatına görə, nəşr Makronun Bakıda Dağlıq Qarabağ konfliktini müzakirə edəcəyini xəbər verib. “Bundan əlavə, səfərin gündəliyinə Azərbaycan hökuməti ilə ”Naval Group" hərbi şirkəti arasında bu ölkədə hərbi gəmilərin (OPV-90) inşası haqda kontrakt imzalanacaq", - deyə “La Tribune” əlavə edib.

Ä°lgili resim

Xatırladaq ki, “Naval Group” şirkəti ötən ay Bakıda keçirilən ADEX-2018  Beynəlxalq Müdafiə Sərgisində öz hərbi məhsulları ilə qatılmışdı. Bu, Fransanın Bakı hərbi sərgisində ilk iştirakı idi. Ermənistanda isə E.Makron sadəcə, beynəlxalq tədbirə qatılacaq... 

*****

Göründüyü kimi, Makronun Bakı səfərinin daha məzmunlu və məhsuldar olacağı gözlənilir. Aydın məsələdir ki, Azərbaycandan fərqli olaraq, Rusiyanın regiondakı əlaltısı və forpostu statusu daşıyan, üstəlik, Kremlin Suriya siyasətinə hətta hərbi töhfə verən Ermənistanla Fransanın ikitərəfli anlaşmaları mümkün deyil. Xüsusən də hərbi xarakterli müqavilələrin imzalanması istisnadır. Buna heç Fransanın bölgədəki geosiyasi rəqibi Rusiya da yol verməz.

ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri ile ilgili görsel sonucu

Bu xüsusda ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri kimi Fransa dövləti blokada şəraitində olan forpost Ermənistanı regionda özünün strateji tərəfdaşı qismində görə bilməz. Bu mümkün deyil. Azərbaycan isə - ayrı. Balanslı xarici siyasət yürüdən Azərbaycanın AB-nin bu nüfuzlu dövləti geniş əlaqələr qurmaq üçün qat-qat böyük imkanı və potensialı var.

Gözlənilir ki, Makronun Bakı səfəri və bu səfər çərçivəsində imzalanacaq ilk mühüm kontraktın ardınca ikitərəfli münasibətlər daha dinamik inkişaf edəcək və Azərbaycana hərbi təyinatlı fransız silahların verilməsinə zəmin yaradacaq. Artıq bunun üçün heç bir siyasi əngəl qalmayıb...






Fikirlər