Ermənistanla “HAQQ-HESAB” günü yaxınlaşır - BAKI üçün YENI SITUASIYA

Kreml İrəvana qarşı hələ ki gözləmə mövqeyindədir, amma...; “kartlar” ayyarıma açılacaq; işğalçı ölkə iki “dalaşan fil”in - ABŞ və Rusiyanın ayaqları altında “ot”a çevrilə bilər...  

Ermənistandakı “məxməri inqilab”da ABŞ-ın məxsusi rolu olması artıq danılmaz faktdır. Düşmən ölkədə Amerikaya, bütövlükdə Qərbə loyallığı ilə seçilən, müttəfiq Rusiyaya isə gizli antipatiyası olan bir qüvvənin hakimiyyətə gəlməsində “Soros uşaqları”nın “əməyi” haqda da kifayət qədər yazılıb.

Bunun nəticəsidir ki, nəinki yeni erməni hökumətində, hətta ordu rəhbərliyində Moskvanın bircə adamı belə qalmayıb. O sırada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Moskvanın adamı, eyni zamanda Qarabağ klanının odioz nümayəndəsi general Movses Akopyan (həm də Xocalı hərbi canilərindəndir) rejim dəyişən kimi öz vəzifəsindən uzaqlaşdırıldı. Bu azmış kimi, Paşinyana sadiq istintaq qrupu Rusiyaya bağlı başqa bir yüksək çinli erməni generalı, “Rus NATO-su” kimi tanınan KTMT-nin baş katibi Yuri Xaçaturov haqda cinayət işi qaldırıldı, o, İrəvana çağırılaraq həbs edildi. Bir qədər sonra Rusiyanın digər sadiq adamı, Putinin dostu Robert Köçəryan həbsə salındı.   

Doğrudur, Moskvanın müdaxiləsi ilə onların hər ikisi azad edildi. Yuri Xaçturov isə Moskvaya, işinin başına döndü. Ancaq cinayət işi hələ də qapadılmayıb. Bu da o anlama gəlir ki, dekabrdakı erkən parlament seçkilərindən sonra “yerini” daha da möhkəmlədəcək N.Paşinyan “Rusiyanın adamları”na, demək, həm də Rusiyaya qarşı “ikinci cəbhə” aça bilər.

*****

Belə bir demarş şübhəsiz ki, inqilab sonrası Ermənistanda Rusiya təsirini minimuma endirməyə çalışan ABŞ-ın da strateji marağına cavab verir. O səbəbdən seçkilərdən sonra Vaşinqtonun bu prosesdə qabarıq olmasa da, öz təlimatları və məsləhətləri ilə gizli şəkildə yer alacağını söyləmək olar.

erevan ile ilgili görsel sonucu

Başqa sözlə, Ermənistan uğrunda ABŞ-Rusiya geosiyasi rəqabətinin dekabr seçkilərindən sonra növbəti, daha amansız mərhələyə keçəcəyini proqnozlaşdırmaq  mümkündür. “Kartlar” da böyük ehtimalla, o məqamdan etibarən açılmağa başlayacaq. Hər halda, Rusiya özünün bölgədə yeganə, legitim hərbi qalası olan Ermənistanda ABŞ-ın rahatca möhkəmlənməsini uzun müddət sakitcə seyr etməyəcək.

Beləcə, Ermənistan hazırda Rusiyanın, yoxsa ABŞ-ın regionda dominant olması baxımından faktiki surətdə indi həlledici, açar ölkəyə çevrilib. Artıq qarşıdakı böyük toqquşmanın ilkin “simptomları” var. Ermənistanın “dalaşan fillərin” ayaqları altında “ot” olma ehtimalı getdikcə ciddiləşir.           

*****

Məsələn, srağagün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ABŞ səfiri Riçard Millzi Ermənistanın daxili işinə qarışmamaqda suçlayıb. XİN sözçüsü Ermənistanda diplomatik missiyasını başa vuran amerikalı səfirin çıxışından təəssüfləndiyini bildirib. Zaxarova qeyd edib ki, diplomat sonradan sözlərinə düzəliş etməyə çalışıb, lakin artıq gec idi.

Mariya Zaxarova ile ilgili görsel sonucu

Yada salaq ki, amerikalı diplomat çıxışında bunları demişdi: “Mən ABŞ hökumətinin və səfirliyinin Ermənistanda dəyişiklərə dəstək verdiyini düşünmək istəyirəm. Təşəkkür edirəm ki, son onilliklər ərzində korrupsiyaya qarşı mübarizə aparan səslərin, eləcə də bir qrup insanın və hökumət rəsmilərinin Ermənistanı ədalətli etmək yolunda səyləri dəstəklənib”.

Bundan əlavə, səfir “İşğal edilmiş ərazilərin müəyyən hissəsi Azərbaycana qaytarılmadan Qarabağ münaqişəsini həll etmək mümkün deyil” deyə bəyan etmişdi.

Qarabağ problemini kənara qoyaq. Əvvəla, amerikalı səfir gerçəkdən də Ermənistanın daxili işinə qarışıbsa, o zaman bu müstəsna olaraq iki ölkənin - ABŞ-ın və Ermənistanın işidir və üçüncü ölkəyə - Rusiyaya dəxli yoxdur. Amma qəribədir ki, rəsmi İrəvan Amerikaya qarşı bəyanatla çıxış etmədiyi halda, Moskva sanki onun havadarı kimi ABŞ əleyhinə açıqlama verir. Və sanki Ermənistan BMT üzvü olan suveren bir dövlət deyil, Rusiyanın quberniyasıdır. Əslində də belədir: Ermənistan vassal ölkədir. Amerika da onu bu vassallıqdan qurtarmaq istəyir. Demək, əsl savaş hələ qabaqdadır.    

*****

kreml ile ilgili görsel sonucu

Bəs Kremlin Ermənistandakı növbədənkənar seçkilərlə bağlı ilkin hədəfi nədir?

“Düşünmürəm ki, Moskva qarşıdakı seçki proseslərinə ciddi şəkildə qatılacaq. Əlbəttə ki, Rusiya istərdi ki, yeni parlamentdə Paşinyana qarşı sanballı əks güc olsun. Yəni Paşinyan mütləq çoxluğa malik olmasın”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı tanınmış siyasi şərhçi Vadim Dubnov 1 in.am erməni portalına müsahibəsində deyib. Politoloqun sözlərinə görə, Rusiya hələ ki qarşıdakı seçkilərə sakit yanaşır. “Lakin Moskvanın maraqları dəyişməyib. Əvvəl nə idisə, indi də odur. Ermənistanda bütün bu baş verənlər, Ermənistan rəhbərləri ilə baş tutan görüşlər Moskvanı inandırıb ki, hələ vaxt var. Moskva üçün yaxın 2-5 ildə nə baş verəcəyi maraq kəsb edir. Bu müddət üçün də İrəvan Kremlə zəmanət verib ki, Rusiyaya qarşı loyal olacaq və kursu dəyişməyəcək”, - deyə rusiyalı ekspert əlavə edib.

Lakin məsələ də ondadır ki, Qərb (ABŞ) inqilabçı Nikol Paşinyanı ona görə hakimiyyətə gətirməyib ki, Serj Sərkisyanın rusiyayönlü kursunu davam etdirsin. Bu istisnadır. Əks halda, Sərkisyan elə həmin xətti daha yaxşı, daha səmimi aparırdı. Erməni inqilabında əsas hədəf işğalçı ölkədə rus təsirlərini və “izlərini” yox eləməkdir ki, buna görə də Paşinyana xüsusi, tarixi missiya ayrılıb. Ermənistanın Azərbaycanla müharibə vəziyyətində olduğunu nəzərə alınarsa, o zaman Bakı üçün də yeni situasiyanın yaranacağı proqnoz edilə bilər...  (musavat.com)

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi