Abel Məhərrəmova 1 həftə VAXT VERİLDİ

Abel Məhərrəmova 1 həftə vaxt verildi

Ötən həftə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Abel Məhərrəmov hazırda Bakı ətrafındakı dəbdəbəli bağ evlərindən birində qalır.

Bu barədə Musavat.com məlumat yayıb.

Sayt qeyd edir ki, Abel Məhərrəmova universitetdəki ucu-bucağı olmayan kabinetini boşaltmaq üçün 1 həftə vaxt verilib. O, BDU-ya rəhbərlik etdiyi dövrdə özünə iri kabinet düzəldib. Həmin kabinetdə xüsusi hazırlanmış istirahət və qonaqlar üçün otaqların olduğu deyilir.

Bildirilir ki, istirahət otağında Abel Məhərrəmovun çaxır kolleksiyası olan xüsusi ağacdan hazırlanmış mini bar da var. Həmin barın bahalı ağacdan olmaqla özəllikləri haqda belə iddialar var: - havanın temperaturunu 21 dərəcədən aşağı saxlayır, bu, çaxır saxlamaq üçün vacib şərtdir. Həmin bar kolleksiyadakı çaxırları qızdırıcıdan və ya günəş işığından qoruyur. Sabiq rektorun barında 100-ə yaxın əla növ şərabın saxlandığı və hər birinin çox bahalı olması deyilir.  Belə barlarda temperaturu nizamlayıb, şərabları ən uyğun şəkildə illərlə qorumaq mümkündür. Abel Məhərrəmovun təkcə kabinetindəki kolleksiyasında saxladığı şərabların toplam qiymətinin 100 min manatı aşdığı iddia edilir.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi