Putin Poroşenkonun zənginə CAVAB VERMƏDİ

Putin Poroşenkonun zənginə CAVAB VERMƏDİ

Ukrayna prezidenti Pyotr Poroşenko Kerç boğazındakı hadisə ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti etmək istəsə də, mənfi cavab alıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidentinin özü bildirib.

“Gecə dərhal Rusiya prezidenti Putinlə danışığı sifariş etdim, biz cavab almadıq. Və mən Almaniya kansleri Merkelə müraciət etməyə məcbur oldum ki, o, Ukrayna döyüşçülərinin və gəmilərin təcili azad edilməsi məqsədi ilə Putinlə danışsın”, - Poroşenko deyib.

Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerçen boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisi saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Ötən gün məhkəmə 24 dənizçidən 15-i barədə həbs qəti-imkan tədbiri seçib.

Poroşenko ötən gün Rusiya rəhbərliyindən dənizçiləri və gəmiləri azad etməyi tələb edib. Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsi pozub.






Fikirlər