Poroşenko: "Putin zəngimə CAVAB VERMƏDİ"

Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, Kerç boğazında Ukrayna Hərbi-Dəniz Qüvvələrlərinin gəmilərinin saxlanılması ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi yaratmaq istəyib.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

"Mən gecə dərhal Rusiya prezidenti Putinlə danışıq sifariş etdim, amma cavab almadıq. Və mən kansler Merkelə müraciət etməyə məcbur oldum ki, o, Ukrayna döyüşçülərinin və gəmilərin təcili azad olunması barədə Putinlə danışsın", - deyə Poroşenko vurğulayıb.






Fikirlər