ALEKSEY NAVALNI rus generalını “qələmini QIRDI”

Rusiya milli qvardiyasının komandanı, general-polkovnik Viktor Zolotovun müxalif lider Aleksey Navalnıya qarşı qaldırdığı iddia ərizəsi ikinci dəfə geri qaytarılıb.

Moskva şəhərinin Lyublinski rayon məhkəməsi birinci ərizədə yol verilən səhvlərin düzəldilmədiyini bildirərək işi baxışa təyin etməyib.

Hətta Viktor Zolotovun vəkili Şota Qorqadze generalın maraqlarını müdafiə etməyəcəyini bildirib.

Xatırladaq ki, Aleksey Navalnı və onu rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə fondu Viktor Zolotov haqqında youtube-da ifşaedici video yayımlamışdı. Həmin videosüjetdə rusiyalı generalın rəhbərlik etdiyi Rusiya mili qvardiyasının şəxsi heyəti üçün  nəzərdə tutulan ərzaqların bazar qiymətlərindən qat-qat baha qiymətə alındığını ortaya çıxarmışdı. Araşdırmada 400 minlik ordunu qidalandıracaq ət məhsullarının  işğal altındakı Krımda fəaliyyət göstərən tanınmayan bir firma tərəfindən, özü də tender keçirilmədən təmin olunması barədə Rusiya baş naziri Dmitri Medvedevin sərəncam verdiyi müəyyən edilmişdi.

“Drujba narodov “adlanan həmin kombinatın əvvəllər Medvedevə yaxın oliqarx Yuri Kosyuka, daha sonra isə Rusiya daxili qoşunlarının (milli qvardiya onu əsasında qurulub-red.) Mərkəzi arxiv idarəsinin rəisi Boris Kantemirova məxsus olduğu təsbit edilib. Keçən ilin dekabrın 10-da isə Federal antinhisar xidməti və Federal Təhlükəsizlik Xidməti Baş hərbi prokurorluqla birlikdə “Drujba narodov” kombinatı ilə bağlı xüsusi araşdırma aparmağa başlayıb.

Rusiya milli qvardiyası ilkin dövrdə bu xəbəri iftira adlandırıb. Viktor Zolotov isə keçən ilin sentyabr ayının 11-də  youtube kanalında olanları cavablamaq yeirnə Navalnını şəxsi duelə çağırıb. Zolotov həmin müraciətində Aleksey Navalnıdan yağlı tikələr düzəldəcəyini belə vəd etmişdi.

Картинки по запросу zolotov navalny

Həmin vaxt həbsdə olan Aleksey Navalnı yalnız oktyabrın 18-də yayımlaya bildiyi cavab müraciətində general Viktor Zolotovu oğru, dələduz, fırıldaqçı və ikiüzlü adlandıraraq, onun ölkənin adını batırmaqda günhlandırmışdı.

Rusiya müxalifətçi Zolotovu duelə, yəni teledebata dəvət edib.

Dekabrın 11-də Ruisya miilli qvardiyasının rəhbəri Aleksey Navalnıya qarşı Moskvanın Lyublinski rayon məhkəməsində iddia ərizəsi verib. Lakin məhkəmə elə o dövrdə də hüquqi qüsurlara diqqət çəkərək sənədi geri qaytarmışdı.

Siyasi müşahidəçilər bütün bu olanları general Viktor Zolotova ağır zərbə kimi qiymətləndirir və onun vəzifədə çox qalmayacağı, üstəlik hətta həbs olunması  ehtimalından danışırlar.bildirrlər. Çünki Rusiyada məhkəmələrin hakimyyətin tam nəzarəti altında olması belə bir yüksək vəzifəli şəxsin iddia ərizəsinin geri qaytarılması haqqında qərarın Kremldən gəldiyini göstərir.

 






Fikirlər