Eminə qarşı SUİ-QƏSD: “Lifti partlatdılar, bütün şüşələr sındı…” (VİDEO)
Azərbaycanın Xalq artisti Emin Ağalarov yeniyetmə ikən Rusiyanı tərk etməli olub. Buna səbəb onun atası – “Crocus Group” kompaniyasının prezidenti və sahibi Araz Ağalarovun nailiyyətləri olub. "AzerTaym.az" bildirir ki,BAKU.WS-un xəbərinə görə,Emin bunları “RU TV” kanalında yayımlanan “Север. Непридуманные истории!” verilişinə verdiyi müsahibədə etiraf edib. İfaçı bunları deyib: “O vaxt 12 yaşım var idi. Həyatıma qəsd etmək istəyirdilər – lifti partlatdılar, içindəki bütün şüşələr sındı, amma mən onun içindən çıxmağa və sağ qalmağa müvəffəq oldum. Atam məni İsveçrəyə göndərməli oldu. Sonra isə 2 yaşlı bacımı və anamı Amerikaya göndərdi. Mən sonra Rusiyaya qayıtdım. Bacım bu günədək ABŞ-da yaşayır və qayıtmaq istəmir”.