"Lift-Təmir" İstehsalat Birliyindəki qaranlıq məqamlar

"Lift-Təmir" İstehsalat Birliyindəki qaranlıq məqamlar3 illik fəaliyyəti dövründə medianın gündəmindən düşməyən Qüdrət Şükürov...

Bu gün liftlərdə baş verən faciələr bu sahəyə diqqətsizliyin, məsuliyyətsizliyin və keyfiyyətsizliyin göstəricisidir desək, yəqin ki, yanılmarıq.

Bildiyimiz kimi, dəfələrlə olub ki, liftlərdə qəzalara baş verib, hətta ölüm halları da olub. Ümumiyyətlə, Sovet dövründən qalmış və istismar müddətini başa vurmuş liftlər vətəndaşlar üçün ciddi problemlər yaradır, hətta onların ölümünə səbəb olur.

Apardığımız araşdırmalardan məlum oldu ki, 2008-ci ildə prezident şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. Bakı Şəhər İcra Hakimiyyətinin "Lift-Təmir" İstehsalat Birliyinin ayrılmış vəsaiti hansı şəkildə xərcləməsi isə, qaranlıq olaraq qalır. Çünki bu gün şəhərimizdə binaların liftlərinə diqqət yetirsək, görərik ki, demək olar ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşmaqdadır. Əldə etdiyimiz məlumatlara görə, birliyin balansındakı liftlərin yetərli hissəsi qəzalı vəziyyətdədir. Belə ki, köhnə binalardakı liftlərin çoxu baxımsız qalıb. Birliyin əməkdaşları nasaz liftləri vaxtında təmir etmirlər. Buna görə də, köhnəlmiş liftlər əhali üçün ölüm kabusuna çevrilib. Qanunla liftlər il ərzində bir neçə dəfə yoxlanılmalıdır. Əgər texniki şərtlərə cavab vermirlərsə, istismardan çıxarılmalıdır.

Təəssüf ki, "Lift-Təmir" İstehsalat Birliyinin rəhbərliyi bu məsələdə üzərinə düşən səlahiyyətləri lazımi səviyyədə icra edə bilmir. Yaxu da, özü etmir. Və texniki cəhətdən yararsız olan, insan həyatı üçün təhlükə yaradan liftlər hələ də istismardadır. Hətta bəzi hiylələrə də əl atılır. Belə ki, bu gün paytaxtda bəzi liftlər var ki, sadəcə qapısı dəyişdirilib. Guya ki, təmir edilib, yenisi ilə əvəzlənib. Halbuki, liftin qapısı açılan zaman köhnə lift olduğu bəlli olur. Liftlərdə baş verən faciələr bu sahəyə diqqətsizliyin, məsuliyyətsizliyin və keyfiyyətsizliyin göstəricisidir. Ümumiyyətlə, son günlər redaksiyamıza daxil olan şikayətlərdən bir neçəsi liftlərin fəaliyyətsizliyi ilə bağlıdır desək, yəqin ki, yanılmarıq. Tez-tez liftlərin xarab olması isə təbii ki, nasaz olmalarının göstəricisidir. Liftlərin işləməməsi isə vətəndaşlar üçün problemlər yaradır. Xüsusilə də yaşlı insanlar və uşaqların yuxarı mərtəbələrə qalxması bir sıra çətinliklər meydana gətirir. Elə bina var ki, lift işləmədiyi halda onlardan lift pulu yığılır. Göründüyü kimi, yığılan lift pulları da düzgün istiqamətə sərf olunmur. Sakinləri narahat edən məsələlərdən biri də odur ki, lift pulu ödədikləri halda yenidən öz hesablarına lifti təmir etdirirlər. Bu isə sözsüz ki, vətəndaşların maddi imkanlarına təsir edir.

Maraqlıdır, hər ay vətəndaşlardan liftin təmiri adı altında yığılan pullar hara sərf olunur?

Bu sahədə hökm sürən problemlərin bir çoxu "Bakı Lift-Təmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun adı ilə əlaqələndirilir. Məlumat üçün bildirək ki, sözügedən şəxs bu vəzifəyə 2012-ci ildə Hacıbala Abutalıbovun əmri ilə təyin olunub. İddialara görə, vəzifədə olduğu 3 il ərzində elə də müsbət addımları ilə yadda qalmayıb. Elə bu səbəbdən bir neçə dəfə mətbuatın tənqid hədəfinə çevrilib.






Fikirlər