Yadigar Sadıqlı və Tofiq Yaqublunun Müsavat başqanlığına namizədliyi rəsmiləşib

 

Yadigar SadıqlıTofiq Yaqublu rəsmi olaraq Müsavat başqanlığına namizədliklərini irəli sürüblər.

Bu barədə APA-ya partiya funksionerlərinin özlərini məlumat verib.

Bildiriblər ki, dünən rəsmi qaydada Müsavat başqanlığına namizəd olublar. Partiyanın hazırkı başqanı Arif Hacılının da namizədliyini verəcəyi gözlənilir.

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulub.






Fikirlər