Bakıda hüquq müdafiəçisini avtomobil vurub - FOTO

Bakıda hüquq müdafiəçisini avtomobil vurub - FOTO

Bakının Nəsimi rayonunda metronun "28 May" stansiyasının yaxınlığında bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, minik avtomobili yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Güləliyev Oktay Əligüşay oğlunu vurub.

Yaralı ağır vəziyyətdə özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.






Fikirlər