İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında - FOTO

Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında

Noyabrın 19-da "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.
"AzerTaym.az" bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında - Foto






Fikirlər