Jan-Klod van Dammdan Azərbaycanla bağlı maraqlı paylaşım - FOTO

Van Damm Qəbələdəki heykəlinə görə Azərbaycana

Məşhur belçikalı aktyor və idmançı, Hollivud ulduzu Jan-Klod van Damm Qəbələ rayonunda ona qoyulan heykəli öz "Facebook" səhifəsində paylaşıb.

Trend-in məlumatına görə, Azad Əliyev adlı sakin Vəndam kəndində aktyora ağacdan heykəl düzəldib.

J.K.van Damm buna görə öz təşəkkürünü bildirib:

"Daha bir real ölçüdə Jan-Klod van Damm heykəli. Bu dəfə Azərbaycanda, Vəndam kəndində. Təşəkkür edirəm!"

 

 






Fikirlər