Ramiz Mehdiyev Elton Məmmədova yüksək vəzifə VERDİ...

Ramiz Mehdiyev Elton Məmmədova yüksək vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.
"AzerTaym.az" bildirir ki,unikal.org-un əldə etdiyi məlumata görə, akademik R.Mehdiyevin əmri ilə, Elton Məmmədov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.
Elton Məmmədov Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib:
"Bəli yeni vəzifəyə təyin olunmuşam.İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetdəki fəaliyyətimi dayandırmışam."






Fikirlər