Müğənni Afət Fərmanqızının müxtəlif estetik-plastik əməliyyatlar etdirməsilə bağlı şayiələr gəzir.  

BAKU.WS xəbər verir ki, ifaçı lent.az-ın canlı yayımında heç bir cərrahiyyə əməliyyatı etdirmədiyini və bunun əksini sübut edənə 100 min dollar verəcəyini deyib:

"Bu vaxtadək narkoz almamışam. Bu, o deməkdir ki, heç bir əməliyyat etdirməmişəm. Dodağıma təbii dolğu etdirmişəm, vəssalam. Kimin ürəyi istəyirsə, istədiyi həkimə gedək, məni yoxlatdırsın. Əgər mənim yalan danışdığımı isbat etsə, ona 100 min dollar verəcəm".