Dünyada koronavirusa yoluxanların sayı 4 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 4 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 4 milyonu keçib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə koronavirus üzrə statistikanı izləyən "Worldometers" portalında məlumat verilib

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 4 041 789 nəfərə çatıb. 277 minə yaxın insan bu virusun qurbanı olub. Sağalanların sayı isə 1,4 milyondan çoxdur.

Qeyd edək ki, koronavirusa yoluxma hallarına görə siyahıya ABŞ başçılıq edir. Sonrakı ən yüksək göstəricilər İspaniya, İtaliya, Böyük Britaniya və Rusiyada qeydə alınıb.






Fikirlər