Azərbaycana yay fəsli daxil OLDU!

Azərbaycana yay fəsli daxil oldu

Azərbaycana yay fəsli gəlib.
Qaynarinfo xəbər verir ki, yay fəsli iyunun 21-i saat 01:43-də daxil olub.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirib (Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur). 
Belə ki, bu ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.






Fikirlər