Azərbaycana YAZ fəsli gəldi...
2019-cu ilin yaz fəsli martın 21-i Bakı vaxtı ilə saat 01:58-də Azərbaycana daxil olub. "AzerTaym.az" bildirir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, baharın başladığı an gecə ilə gündüz bərabərləşib.
Martın 21-i Bakı vaxtı ilə saat 01:58-də Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və həmin andan şimal yarımkürəsində yaz fəsli başlayıb.