Konor Həbibin atasının ölümündən YAZDI...
İrlandiyalı döyüşçü Konor Makqreqor UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümündən yazıb. “Qafqazinfo” xəbər verir ki, Konor 57 yaşında vəfat edən məşqçi ilə bağlı yazıb: “Atanın, məşqçinin və idmana sadiq insanın itkisi... Nur içində yat, Abdulmanap Nurməhəmmədov”. Xatırladaq ki, koronavirusa yoluxan və bu gün vəfat edən A.Nurməhəmmədov son həftələr Moskvada reanimasiyada olub.