İlham Əliyevdən “Tvitter”də növbəti paylaşım - FOTO

 Ilhamaliyev GIF - Ilhamaliyev - Discover & Share GIFs

"Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Biz döyüş meydanında həm düşmənə, həm də bütün dünyaya gücümüzü göstərdik. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqının iradəsidir".

 "AzerTaym.az" bildirir ki, bu fikirləri Prezident İlham Əliyev "Tvitter"də etdiyi paylaşımda qeyd edib.

"Ermənistanın faşist rəhbərliyi növbəti müharibə cinayəti törədərək əməliyyat operativ raket kompleksləri vasitəsilə Gəncə və Mingəçevir şəhərlərini atəşə tutub. Onlar bu cinayətə görə məsuliyyət daşıyacaqlar. Bizim qisasımız döyüş meydanındadır.

Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək şanlı tarix yazırıq. Biz xoşbəxt nəsilik ki, bu sevincli günləri görə bilirik", - deyə prezident vurğulayıb.

 

İlham Əliyevdən “Tvitter”də növbəti paylaşım - Foto






Fikirlər