"AZƏRBAYCAN TƏRƏFİ BÜTÜN BUNLARA LAYİQLİ CAVAB VERƏCƏK!" - Prezident (Yenilənib)

"Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!".

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Twitter" hesabında yazıb.

"Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Nəticədə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir"- deyə dövlət başçısı bildirib.

"Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür". - deyə, Prezident İlham Əliyev “Twitter” hesabında yazıb.

Dövlət başçısı qeyd edib ki, bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!






Fikirlər