“Bürc-Xəlifə” Azərbaycan bayrağına boyandı - VİDEO

“Bürc-Xəlifə” Azərbaycan bayrağına boyandı

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Bürc-Xəlifə” qülləsində Azərbaycanın dövlət bayrağı əks edilib.

“AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülər Rusiyanın RT telekanalının yutub hesabında yerləşdirilib.

Dubayın simvolu, dünyanın ən hündür binası olan “Bürc Xəlifə” gecə saatlarında Azərbaycan bayrağının rənglərinə boyanıb, həmçinin binanın üzərində Azərbaycan dilində “Yeni iliniz mübarək” təbriki əks olunub.

Qeyd edək ki, “Bürc Xəlifə”nin hündürlüyü 828 metr təşkil edir və 163 mərtəbədən ibarətdir.

 






Fikirlər