“ Torpaqlarımız nə üçün azad olunub?!” - Qarabağlı deputatlar məcburi köçkünlərin qayıdışından danışdı

“ Torpaqlarımız nə üçün azad olunub?!” - Qarabağlı deputatlar məcburi köçkünlərin qayıdışından danışdı

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirəsində işğaldan azad olunmuş ərazilərlə bağlı çox mühüm fikirlər səsləndirib.

Ölkə başçısının toxunduğu vacib məqamlardan biri də məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması ilə bağlıdır.

"Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik",-deyə Prezident bildirib.

Yenisabah.az bildirir ki, Modern.az-ın əməkdaşı işğaldan azad edilmiş rayonların deputatları ilə əlaqə saxlayaraq, məcburi köçkünlərin Qarabağa qayıtması barədə hər hansı müraciətlərin olub-olmadığını soruşub.

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov deyir ki, Xocalıya qayıtmaq üçün müraciət edən xocalılılar var:

“Mən də məcburi köçkünəm. 28 ildir ki, ata-baba yurdumun, əzizlərimin doğulduğu, yaşadığı yerlərə həsrətəm. Şərait yaradılan və təhlükəsizliyimiz təmin olunan kimi, dövlətimizin “geri qayıt” əmri həyata keçən zaman ilk növbədə mən və bütün xocalılılar yurd-yuvalarımıza qayıdacağıq.

Uzun illər dogma torpaqlarımızın həsrəti ilə yaşamışıq. Bütün bu illər ərzində xalqımızın, dövlətimizin apardığı mübarizə və görülən işlər hansı məqsəd üçün edilirdi?! Torpaqlarımız nə üçün azad olunub?! Bu qədər şəhid vermişik.  Biz o torpaqları azad edib ərazi bütövlüyümüzü təmin etmişik ki, hər kəs öz ata-baba yurduna qayıdıb yaşasın. Bir məcburi köçkün kimi bunu səmimi deyirəm. Hamımız bu arzu ilə yaşamışıq. Bir nəfər kimi də Xocalıya gedib yaşayacağıq”. 

 






Fikirlər