"Azərbaycanda xəstəxanalara yeni mərkəz nəzarət edəcək" - Səhiyyə naziri

“Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür”

“Səhiyyə Nazirliyinin tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətinə nəzarət mərkəzinin yaradılması nəzərdə tutulub”.

 AzerTaym.az “Report”-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, nazirlikdə yaradılan İşçi qrupu tərəfindən normativ-hüquqi baza yenidən işlənib və əsasnamə hazırlanıb:

“Həmin əsasnamə aidiyyəti qurumlara təqdim olunub. Dünya praktikasında belədir ki, həmin mərkəzlər tibb müəssisələrinin lisenziyalaşdırılması, qiymətləndirilməsi, eləcə də müvafiq tibbi xidmətlər üzrə akkreditasiya ilə məşğuldur. Bu səbəbdən ölkədə davamlı təmin edilən tibbi xidmətlərin keyfiyyətinə dair standartlar və onlara nəzarət prosesi nəzərdə tutulub.

Bu istiqamətdə hazırlıq işləri davam edir. Baxmayaraq ki, Səhiyyə Nazirliyinin müvafiq strukturlarında bu fəaliyyət var. Lakin bunu cəmləşdirərək effektik həyata keçirilməsi üçün mərkəzin yaradılması labüd idi”.






Fikirlər