Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb ...

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb.

"AzerTaym.az" qafqazinfo-ya istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, jurnalistin tanımadığı şəxs ona yaşadığı binanın blokunda hücum edib. Bıçağı media nümayəndəsinin boğazına dirəyən şəxs, ondan adını çəkmədiyi məhkəmə işindən yazmamasını tələb edib.

Daxili İşlər Nazirliyi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır, jurnalistdən izahat alınıb.






Fikirlər