UKRAYNA KRIMI VURDU - Qara dəniz aviasiyasının onlarla təyyarəsi məhv edilib + VİDEOLAR (Yenilənib)

Ukrayna Savaşı Dünya Düzenini Değiştirir Mi? - Analiz/Makale haber - Tesnim Haber Ajansı

Ukrayna Silahlı Qüvvələri ABŞ-dan alınan yeni raketlərlə 200 kilometrlik məsafədən Krımda yerləşən Saki hərbi aerodromuna zərbələr endirib. 

"AzPolitika.info" Ukrayna mediasına istinadla xəbər verir ki, nəticədə aviabaza funksiyası daşıyan aerodromda güclü partlayışlar və yanğın baş verib.

Məlumata görə, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası cəlb edilib. Aerodromun yaxınlığındakı Novofyodorovka yaşayış məntəqəsi kurort ərazisidir. Artıq həmin ərazidəki yerli əhali və turistlərin kütləvi qaçışı müşahidə olunur. Yollarda tıxaclar yaranıb. 

Qeyd olunur ki, Ukraynanın Zaporojye, Xerson və Nikolayev vilayətləri məhz həmin aviabazadan qalxan təyyarələrlə bombalanırdı.  

Media yazır ki, Novofyodorovka yaşayış məntəqəsində yerləşən Saki aerodromu Rusiyanın Qara dəniz donanmasının dəniz aviasiyasına məxsusdur. Aerodromda Su-30SM, SU-24M, Su-24MP, TU-134 hərbi təyyarələri yerləşdirilmişdir.

Xatırladaq ki, Pentaqon bu günlərdə Ukraynaya 1 milyard dollar dəyərində 18-ci hərbi yardım paketi açıqlayıb. Paketə;

- HIMARS üçün raketlər(zərbə məsafəsi qeyd olunmayıb);

- 155 mm-lik artilleriya qurğuları üçün 75000 mərmi;

- 20 120 mm-lik artilleriya qurğusu və onlar üçün 20000 mərmi;

-NASAMS HHM sistemi üçün raketlər;

-1000 Javelin;

-Yüzlərlə tank əleyhinə AT4 sistemi;

-50 zirehli tibb maşını daxildir.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Ekspertlər Krımdakı hərbi mövqelərə zərbələrin yeni raketlər vasitəsi ilə endirildiyinə əmindirlər.

Rusiya MN Krımda baş verən partlayışların səbəbini açıqlayıb

Novofyodorovka ytaşayış məntəqəsi ərazisindəki Saki aerodormounda saxlanma anbarında bir neçə aviasiya sursatının detonasiyası baş verib. Partlayış nəticəsində heç kəs xəsarət almayıb.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

 

Nazirlik partlayışlar zamanı aviasiya texnikasına zərər dəymədiyini, hazırda yanğının söndürülməsinə cəhd edildiyini bildirib.

 

 

 






Fikirlər